BAKI, 9 sentyabr. TELEQRAF
Böyüklər, gənclər və yeniyetmələr arasında cüdonun kata növü üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək.
Teleqraf xəbər verir ki. bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Dekabrın 6-da Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə böyüklər bütün kata kateqoriyalarında, gənclər və yeniyetmələr isə "Nage-no-kata" və "Katame-no-kata" üzrə çıxış edəcəklər.
Cütlər kişi–kişi, qadın–qadın və ya kişi–qadın tərkibində formalaşdırıla bilər.