BAKI, 9 sentyabr. TELEQRAF

İspaniya Vaş naziri Pedro Sançes siyasi rəqiblərinin tənqidlərinə cavab verərkən özünü “sahibsiz it”lə müqayisə edib.

Teleqraf xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

Sançesin sözlərinə görə, müxalifləri onu müxtəlif cür adlandırırlar, o cümlədən “avtokrat”, “diktator” və hətta “it”.

“Mən bəlkə də itəm, amma sahibim yoxdur”, - İspaniya Baş naziri ona ünvanlanan tənqidlərə cavab verərkən bildirib.