BAKI, 8 sentyabr. TELEQRAF

Azərbaycanın Portuqaliyadakı Səfirliyində çalışan diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki heyətin xarici valyutada ödənilən dövlət məvaciblərinə tətbiq edilən fərqləndirici əmsal 2,881 səviyyəsində müəyyən olunub.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"na dəyişikliklər edilib.

Sənədə əsasən, Azərbaycanın Portuqaliyadakı diplomatik nümayəndəliyində dövlət məvacibi, aylıq əlavə və digər təminat ödənişlərinin həyata keçirildiyi valyuta növü kimi avro müəyyənləşdirilib.