BAKI, 9 sentyabr. TELEQRAF

ABŞ-nin Major Liqa (MLS) təmsilçilərindən “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi 2026-cı il “Qızıl top” mükafatına namizədlər sırasında yer almaqla futbol tarixində unikal rekorda imza atıb.

Teleqraf xəbər verir ki, bu barədə “CentreGoals” portalı məlumat yayıb.

Messi ilk və son namizədliyi arasında ən uzun müddət olan futbolçu kimi tarixə düşüb. Argentinalı ulduz ilk dəfə 2006-cı ildə “Qızıl top”a namizəd göstərilib. Ümumilikdə isə 39 yaşlı futbolçu 20 il ərzində 17 dəfə bu mükafata namizədlər siyahısında yer alıb.

Messi ötən mövsüm “İnter Mayami” ilə MLS çempionu olub və liqanın ən yaxşı futbolçusu seçilib. O, həmçinin Argentina millisinin heyətində 2026-cı il dünya çempionatının finalına qədər irəliləyib.

Qeyd edək ki, Messi karyerası ərzində 8 dəfə “Qızıl top” qazanıb. O, 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023-cü illərdə mükafatın sahibi olub.