BAKI, 9 sentyabr. TELEQRAF

İngiltərə təmsilçisi “Mançester Yunayted”in sabiq hücumçusu Antoni Marsyal karyerasını İspaniyada davam etdirə bilər.

Teleqraf xəbər verir ki, 30 yaşlı fransalı futbolçu “Malaqa”ya təklif olunub.

İyulun 6-da Meksikanın “Monterrey” klubu ilə müqaviləsinə xitam verdikdən sonra azad agent statusunda olan Marsyalın transferi La Liqaya yeni yüksələn komandanın rəhbərliyi tərəfindən ciddi şəkildə nəzərdən keçirilir.

Qeyd edək kİ, futbolçu karyerası ərzində “Lion”, “Monako”, “Mançester Yunayted”, “Sevilya”, AEK və “Monterrey”də çıxış edib.