BAKI, 9 sentyabr. TELEQRAF

“Qvineya-Bisau iqlim maliyyəsinin səfərbər edilməsi üçün yeni prioritetlər müəyyənləşdirib”.

Teleqraf xəbər verir ki, bunu Qvineya-Bisau Respublikasının Milli Ətraf Mühit İnstitutunun baş direktoru Xoak Lona Çedna “Bakı İqlim Fəaliyyəti Həftəsi"nin dördüncü günündə keçirilən panel sessiyadakı çıxışında deyib.

O vurğulayıb ki, Qvineya-Bisau iqlim fəaliyyəti çərçivəsində özəl sektorun prosesə cəlb edilməsini və maliyyə mənbələrinin şaxələndirilməsini prioritetlərdən biri kimi müəyyənləşdirib.

“Ölkənin əsas prioritetləri sırasında milli koordinasiya mexanizminin institusional və əməliyyat imkanlarının gücləndirilməsi yer alır. Həmçinin maliyyə mənbələrinin şaxələndirilməsi, özəl sektorun iqlim maliyyəsinin səfərbər edilməsinə daha fəal cəlb olunması nəzərdə tutulur.

İqlim fəaliyyəti inklüziv olmalı və xüsusilə qadınların, gənclərin və yerli icmaların ehtiyaclarına yönəlməlidir. Növbəti mərhələdə milli proqramın prioritetlərinin aidiyyəti nazirliklər və əsas tərəfdaşlarla yekunlaşdırılması, milli koordinasiya mexanizminin gücləndirilməsi və konkret nəticələr üzrə çərçivənin hazırlanması planlaşdırılır”,- o qeyd edib.