BAKI, 10 aprel. TELEQRAF

ABŞ Dövlət Departamenti gələn həftə İsrail və Livan nümayəndələrinin görüşünü təşkil etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, görüşdə mümkün atəşkəs məsələsinin müzakirəsi nəzərdə tutulur. Bu barədə "Reuters" agentliyi ABŞ-nin xarici siyasət qurumundakı mənbəyə istinadla məlumat yayıb.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Livanla birbaşa danışıqlara başlanılması barədə göstəriş verdiyini açıqlayıb. O bildirib ki, məqsəd “Hizbullah” silahlı qruplaşmasının tərksilah edilməsi və münaqişənin mümkün olan ən qısa zamanda nizamlanmasıdır.