BAKI, 9 fevral. TELEQRAF

Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı Türkiyənin paytaxtı Ankarada vəfat edib.

Bu barədə Teleqraf-a mərhumun yaxınları məlumat veriblər. Onların bildirdiyinə görə, F.Ağamalı qızı Günay Ağamalı ilə müayinə və müalicə üçün Türkiyəyə gedibmiş. O, bu gün səhər qaldığı oteldə ürəktutmasından dünyasını dəyişib.

F.Ağamalı uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Mərhumun nəşi yaxın saatlarda Bakıya göndəriləcək.

Xatırladaq ki, F.Ağamalı Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.

Qeyd edək ki, bu barədə ilk xəbəri "manset.az" yayıb.