BAKI, 20 sentyabr. TELEQRAF

İqtisadiyyat naziri Mikayıl Cabbarov 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Teleqraf xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Bu gün Azərbaycan tarixində dövlət suverenliyimizin tam bərpasını ifadə edən əlamətdar gündür. 2023-cü il sentyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Dövlət Suverenliyi Günü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə sülh və firavanlıq arzulayırıq. Bu tarixi nailiyyət uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik".