BAKI, 21 sentyabr. TELEQRAF
Hind okeanında 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Mərkəz dünya üzrə seysmik şəbəkələrdən daxil olan məlumatlar əsasında zəlzələlərin parametrlərini operativ şəkildə müəyyənləşdirir.
Zəlzələnin episentri Cənubi Afrika Respublikasının 976 min əhalisi olan Qqeberha (keçmiş Port-Elizabet) şəhərindən 1677 kilometr cənub-şərqdə yerləşib.
Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.