BAKI, 18 sentyabr. TELEQRAF

Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Şamil Rzayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Dunkan Norman ilə görüş keçirib.

Bu barədə Teleqraf-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, görüşdə humanitar minatəmizləmə sahəsində qarşılıqlı əməkdaşlıq, eləcə də minatəmizləmə sahəsində mövcud prioritetlər və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı mina təhlükəsinin aradan qaldırılmasının yalnız təhlükəsizlik məsələsi deyil, eyni zamanda regionda dayanıqlı sülhün və sosial-iqtisadi inkişafın təmin olunması, əhalinin təhlükəsiz yaşayışının və məskunlaşmasının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.