BAKI, 19 sentyabr. TELEQRAF

İsgəndər Cavadov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.