“İran Ermənistana yük daşımalarını maneəsiz təmin etmək və Türkiyənin bölgədəki təsirini azaltmağa çalışır”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Aleksandr Skakov İran-Azərbaycan münasibətlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, İran və Azərbaycan arasında silahlı toqquşmanın baş verəcəyi ehtimalı azdır:
“İndi daha çox əsəb savaşı gedir. Çünki İran Qarabağ müharibəsindən sonra özünü kənarda hiss edir. Heç nə əldə edə bilmədi. Amma Tehrana görə xoşbəxtlikdən Qarabağda Amerika və ya NATO sülhməramlıları yoxdur. Buna baxmayaraq, Türkiyənin Azərbaycandakı mövqelərini möhkəmləndirməsi İranı həyəcanlandırır”.
Skakov qeyd edib ki, İran müharibədən qalibiyyətlə çıxan Azərbaycanın sürətli irəliləyişinə mane olmaq istəyir:
“Proseslərə daha qlobal miqyasda baxanda görürük ki, Tehranda Azərbaycanın həddindən artıq irəlilədiyi düşünülür və bunu dayandırmaq istəyi var”.