BAKI, 4 mart. TELEQRAF

İrandan Çin vətəndaşlarının təxliyə prosesi yekunlaşıb.

Bunu Teleqraf-a açıqlamasında İranda fəaliyyət göstərən Çin Xaricdə Yaşayanlar Federasiyasının nümayəndəsi Lee Vong bildirib.

O qeyd edib ki, hücumdan sonra ərazidə dörd-beş gün qalıblar və bu müddətdə İrandakı Çin səfirliyi ilə koordinasiyalı şəkildə Çin vətəndaşlarının ölkədən çıxarılmasına və onların müvəqqəti yerləşdirilməsinə yardım göstəriblər.

Rəsmi əlavə edib ki, bütün təşkilati işlər başa çatdıqdan sonra onlar da ölkəni tərk etmək qərarına gəliblər. Onun sözlərinə görə, hazırda Çin vətəndaşlarının təxliyə prosesi tam şəkildə yekunlaşıb.