ASTARA, 4 mart. TELEQRAF

İranlı pilotlar, ekipaj üzvləri və stüardessalar Azərbaycan sərhədi vasitəsilə quru yolla İrana qayıdıblar.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, bu gün ilk dəfə olaraq İran vətəndaşlarının Azərbaycana deyil, əks istiqamətdə – Azərbaycandan İrana doğru hərəkət etdiyi müşahidə edilib.

Təyyarə heyəti Qazaxıstana uçuş həyata keçirdikdən sonra İranda məlum hadisələr baş verib və hava məkanı bağlanıb.

Bu səbəbdən onlar geri dönüşü hava yolu ilə reallaşdıra bilməyiblər. Nəticədə, heyət üzvləri alternativ marşrut seçərək Azərbaycan ərazisi vasitəsilə quru yolla ölkələrinə qayıdıblar.