ASTARA, 4 mart. TELEQRAF

"Astara" Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə prosesində günorta saatlarına doğru intensivlik müşahidə olunur.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, bu saatlara qədər sərhəd-buraxılış məntəqəsindən ümumilikdə 28 nəfər təxliyə olunub.

Təxliyə edilənlər arasında Azərbaycan, Kuba, Fransa və Pakistan vətəndaşları, eləcə də 3 Tacikistan, 8 Çin vətəndaşı var.

Təxliyə prosesi davam edir.