ASTARA, 4 mart. TELEQRAF

Bu gün səhər saatlarında "Astara" Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə ilk təxliyə prosesi həyata keçirilib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, ilk təxliyə olunanlar Azərbaycan vətəndaşlarından ibarət bir ailə olub. Beş nəfərdən ibarət ailənin üç üzvü azyaşlıdır.

Ailə sərhəd-buraxılış məntəqəsində müvafiq prosedurlardan keçdikdən sonra aidiyyəti üzrə yola salınıb.

Ümumilikdə isə indiki saata qədər 10 nəfər təxliyə olunub.

Təxliyə prosesinin mərhələli şəkildə davam etdirildiyi bildirilir.