MİNGƏÇEVİR, 3 mart. TELEQRAF
Mingəçevirdə maşın skuterlə hərəkətdə olan iki yeniyetməni vurub.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, 23 yaşlı Elçin Əsədov idarə etdiyi "Mercedes" markalı avtomobillə Nəriman Nərimanov və Əliağa Vahid küçələrinin kəsişməsində skuter sürən iki yeniyetməni vurub.
Avtomobilin skuterə çırpılması nəticəsində müxtəlif bədən xəsarətləri alan 2010-cu il təvəllüdlü Süleymanov Ayaz Ceyhunoviç və 2009-cu il təvəllüdlü Kərimov Cavidan Cavid xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.