LƏNKƏRAN, 28 fevral. TELEQRAF
Lənkəranda 52 yaşlı kişini elektrik cərəyanı vurub.
Teleqraf-ın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Liman şəhəri ərazisində baş verib.
Nərimanabad qəsəbə sakini, 1974-cü il təvəllüdlü Ağadadaş Maarif oğlu Əliyev transformatorun yerləşdiyi əraziyə daxil olarkən onu elektrik cərəyanı vurub.
Ağır yanıq xəsarətləri alan A. Əliyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub, reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin bildirdiyinə görə, vəziyyəti ağırdır.