XOCAVƏND, 27 fevral. TELEQRAF
Xocavənd şəhərinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə Xocavənd şəhərinə 138 nəfərdən ibarət 41 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
13:17
Xocavənd şəhərinə növbəti köç karvanı çatıb.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, doğma yurduna yola salınan növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.
Bu mərhələdə şəhərə 138 nəfərdən ibarət 41 ailə mənzil başına çatıb. Mənzil başlna çatan ailələrə açarlar təqdim ediləcək.
Qeyd edək ki, Xocavəndə köç prosesi mərhələli şəkildə davam etdirilir.