ŞƏKİ, 26 fevral. TELEQRAF
Şəkidə evdə kişi meyiti aşkarlanıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, Əhmədov Asim Rahim oğlunun meyiti rayon mərkəzində yaşadığı evdə tapılıb.
Üzərində hər hansı zorakılıq əlaməti müəyyən olunmayan şəxsin İkinci Qarabağ müharibəsi iştirakçısı olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.