GƏNCƏ, 20 fevral. TELEQRAF

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Nofəl Əsgərov Gəncə şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Bu barədə Teleqraf-ın Qərb bürosu xəbər.

***

16:39

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Nofəl Əsgərovla vida mərasimi keçirilir.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhidin nəşi Gəncə şəhər Şəhidlər xiyabanına gətirilib və orada torpağa tapşırılacaq.

Dəfn və vida mərasimində şəhidin doğmaları, Azərbaycan ordusunun hərbçiləri, şəhidimizin döyüş yoldaşları, qazilər, şəhid ailələri iştirak edir.

Xatırladaq ki, Əsgərov Nofəl Cahangir oğlu 10 sentyabr 1965-ci ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olub. 5-ci sinfə qədər Borsunlu kənd orta məktəbində oxuyub, sonra isə ailəsi ilə birlikdə Gəncə şəhərinə köçdüklərinə görə Gəncə şəhəri 20 saylı orta məktəbdə təhsilini davam etdirib.

15 iyun 1992-ci ildə Sırxavənd döyüşlərində 200 nəfərə yaxın əsgəri mühasirədən azad etdikdən sonra erməni gülləsinə tuş gələrək şəhid olub.

O zaman nəşini döyüş meydanından çıxarmaq mümkün olmayıb.