BƏRDƏ, 20 fevral. TELEQRAF

İtkin-şəhid Qurban Göyüşovla vida mərasimi keçirilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, o, Ağdam rayon Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

***

12:23

33 il il əvvəl itkin düşmüş şəhid Qurban Göyüşovla vida mərasimi keçirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, şəhidin cənazəsi bu günlərdə Bərdə rayonunundakı Şirvanlı kəndində məskunlaşan ailəsinə çatdırılıb.

Vida mərasimində Bərdə rayon icra hakimiyyətinin nümayəndələri, rayon sakinləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhidin yaxınları iştirak edir.

Qurban Ramazan oğlu Göyüşov 26 iyun 1974-cü ildə Ağdərə rayonunun Baş Güney kəndində anadan olub. O, 12 mart 1992-ci ildə Ağdərənin azərbaycanlılar yaşayan kəndləri uğrunda gedən döyüşlər zamanı yaralanıb. Atası onu yaralı halda döyüş meydanından çıxarmağa çalışsa da, erməni silahlı qüvvələrinin həmin istiqamətdə fasiləsiz atəşi səbəbindən yaralını təhlükəsiz əraziyə aparmaq mümkün olmayıb.

Qurban Göyüşovun qalıqları antiterror əməliyyatlarından sonra yaxınları tərəfindən atasının onu qoyduğu ərazidə aşkarlanıb.

İtkin-şəhid Ağdam rayon Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunacaq.