BAKI, 8 dekabr. TELEQRAF

Dünən saat 18:00 radələrində 1993-cü il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

***

19:51

GƏNCƏ, 7 dekabr. TELEQRAF

Gəncədə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə Regional qrupu məlumat yayıb.

Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 35 yaşlı Məhəmməd Məhərrəmov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

***

19:12

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1993-cü il təvəllüdlü Esmira Məhərrəmova bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.

Qadına ilkin yardım göstərilib. Ehtimallara görə, 30 yaşlı qadını bıçaqlamaqda əri şübhəli bilinir.

Faktla bağlı araşdırma başlanılıb.