AĞSTAFA, 23 aprel. TELEQRAF

Ağstafa rayonu Qaçaq Kərəm kənd orta məktəbinə elektrik enerjisinin verilişi artıq neçə gündür ki, dayandırılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, ilkin məlumata görə, hadisəyə səbəb məktəbi enerji ilə təmin edən transformatorda yaranmış nasazlıqdır.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən büromuza bildirilib ki, bir neçə gün bundan əvvəl ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti və intensiv yağıntılar nəticəsində elektrik xətlərində nasazlıq yarandığı üçün təhsil müəssisəsinin transformator qurğusu sıradan çıxıb.

“Nasazlığın aradan qaldırılması üçün aidiyyəti üzrə müraciət edilib. Yaxın günlərdə məsələnin həll edilməsi üçün müvafiq tədbirlər görülür. Bununla belə, məktəbdə tədris prosesi fasiləsiz şəkildə davam edir”, - deyə açıqlamada qeyd olunub.