MİNGƏÇEVİR, 22 aprel. TELEQRAF

Mingəçevirdə vətəndaşa hədə-qorxu gələn şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, iki nəfər şəxs bir nəfər Mingəçevir şəhər sakinini sosial şəbəkələrdə videogörüntülərlə hədələyərək, onun 6 min avro pulunu ələ keçiriblər.

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Ceyhun Mayılov və 41 yaşlı Əziz Əlili saxlanılıb.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.