YEVLAX, 21 aprel. TELEQRAF
Yevlax Suvarma Sistemləri İdarəsinə yeni rəhbər təyin edilib.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə bu vəzifə Tural Mahmudova tapşırılıb.
Qeyd edək ki, Tural Mahmudov bugünədək Agentliyin strukturlarında məsul vəzifələrdə çalışıb.