BAKI, 4 iyun. TELEQRAF

Biz Qarabağda istilik nasosları deyilən yeni toxnologiyadan istifadəni düşündük və bu istiqamətdə eksprimentlər aparılır.

Teleqraf xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində "İstilik təchizatı haqqında" Qanunla əlaqədar keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, bunu ucqar kəndlərdə də tətbiq etmək olar:

"Ancaq bu, olduqca bahalı sistemdir. Avropa İttifaqı bu istiqamətdə addımlar atdı. Ancaq dediyim kimi, baha olduğuna görə sonradan dayandılar. Hələlik bu sahə ilə bağlı yetərincə mütəxəssis yoxdur. Ancaq bu texnologiyaların effektivliyi 300 faizdən daha çoxdur. Texnologiyadan istifadə olunduğu halda qaza da ehtiyac olmayacaq. Bu texnologiya kondisionerə bənzəyir. Lakin dediyim kimi, bu test olunmalıdır. Ancaq Azərbaycanı test edilməmiş texnologiyalar poliqonuna çevirmək fikrimiz yoxdur. Ancaq bunu yaxından izləyirik".