BAKI, 7 oktyabr. TELEQRAF

Əlilliyi olan şəxslərin pulsuz hüquqi yardımdan yararlanmaq imkanlarının genişləndirilməsi təklif olunur.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu günki iclasında müzakirəyə çıxarılıb Bu məsələ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə təkliflərdə əksini tapıb.

Dəyişikliklər “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin hazırlanması ilə əlaqədar qanunvericiliyin yeni normalara uyğunlaşdırılması məqsədi daşıyır.

Layihənin əsas istiqamətlərindən biri hüquqi yardım almaqda çətinlik çəkən şəxslərin hüquqi müdafiəyə çıxışının təmin edilməsidir. Bu çərçivədə əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün pulsuz hüquqi yardım mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Təklif olunan dəyişikliklərin sosial baxımdan həssas qrupların hüquqlarının müdafiəsinin gücləndirilməsinə xidmət edəcəyi gözlənilir.