MİNGƏÇEVİR, 12 oktyabr. TELEQRAF

Mingəçevirdə 18 yaşlı Nurəddin Hüseynov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 19 yaşlı Dağlar Mehdizadəyə kəsici alətlə xəsarət yetirib.

Teleqraf-ən Mərkəzi Aran bürosu xəbər verir polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.

***

12:59

Mingəçevirdə tələbə bıçaqlanıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbəri verir ki, hadisə Mingəçevir Turizm Kolleci yaxınlığındakı evlərdən birində baş verib.

Məlumata görə, kollecin 2007-ci il təvəllüdlü tələbəsi Mehdizadə Dağlar Soltan oğlu mübahisə zəminində tələbə yoldaşı tərəfindən sağ kürək nayihəsindən bıçaqlanıb.

Yaralı tələbə təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.