"Azərbaycan və Kambociya arasında ikitərəfli əlaqələri gücləndirmək, ticarət və investisiyaları artırmaq, turizmi inkişaf etdirmək məqsədilə Azərbaycan hökumətini Pnompendə tamhüquqlu səfirlik açmağa və iki ölkə arasında birbaşa aviareysin təşkilinə çağırıram”.

Teleqraf xəbər verir ki, bunu Kamboca Ticarət Palatasının prezidenti və ASEAN Biznes Məsləhət Şurasının sədri Neak Okha Kith Meng Azərbaycan-Kamboca Biznes Forumunda çıxışında deyib.

O qeyd edib ki, iki ölkə arasında mühüm əməkdaşlıq imkanları mövcuddur:

"Bugünkü müzakirələri real kommersiya sazişlərinə, birgə müəssisələrin yaradılmasına və uzunmüddətli dostluq münasibətlərinə çevirmək üçün azərbaycanlı tərəfdaşlarımızla sıx əməkdaşlıq etməyə hazırıq.
Baş nazir Hun Manetin ölkəmizə tarixi rəsmi səfərinin yaratdığı bu fürsətdən istifadə edərək Bakı ilə Pnompen arasında dayanıqlı və firavan iqtisadi dəhlizin qurulmasına nail olmalıyıq”.