BAKI, 12 oktyabr. TELEQRAF

Parlamentdəki müxalif “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan və bəzi deputatları İranın İrəvandakı səfiri Xəlil Şirqulami ilə görüşüblər.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

“Tərəflər Ermənistan-İran gündəliyini, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edərək, iki dost dövlət və xalq arasında əlaqələrin inkişaf etdirilməsinin və genişləndirilməsinin vacibliyini vurğulayıblar”, - məlumatda bildirilib.

Xatırladaq ki, “Güclü Ermənistan” blokunun lideri rusiyalı olirqarx Samvel Karapetyandır.

Görüşdə “Tramp marşrutu” və Ermənistan-Azərbaycan sülh prosesi də müzakirə edilib.