BAKI, 12 oktyabr. TELEQRAF
Azərbaycan və Kamboca arasınsa investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş üzrə işlər davam edir və inanıram ki, yaxın zamanda bu istiqamətdə də müvafiq nəticə əldə edəcəyik.
Teleqraf xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Kamboca Biznes Forumunda çıxışında deyib.
Nazir şirkətləri tərəfdaşlıq ehtiyaclarını, maliyyələşdirmə mexanizmlərini və hədəf bazarlarını əhatə edən konkret layihə təkliflərini təqdim etməyə dəvət edib:
“ İqtisadiyyat Nazirliyi Kamboca Krallığının Ticarət Nazirliyi ilə birlikdə əlaqələrin qurulmasına kömək etməklə, investisiya imkanları barədə məlumat mübadiləsini təmin etməklə və konkret sektorlar üzrə növbəti tədbirlər təşkil etməklə bu prosesə dəstək göstərə bilər.
Məqsədimiz hər iki ölkə üçün uzunmüddətli dəyər yaradan və dostluq münasibətlərimizə töhfə verən iqtisadi əlaqələr qurmaqdır”.