BAKI, 12 oktyabr. TELEQRAF

Azərbaycan və Kambociya arasında iqtisadi və kommersiya əlaqələrinin genişləndirilməsi üçün hələ reallaşdırılmamış böyük imkanlar mövcuddur.

Teleqraf xəbər verir ki, bunu Kamboca Ticarət Palatasının prezidenti və ASEAN Biznes Məsləhət Şurasının sədri Neak Okha Kith Meng Azərbaycan-Kamboca Biznes Forumunda çıxışında deyib.

O qeyd edib ki, ikitərəfli ticarət dövriyyəsi hələlik məhdud olsa da, Azərbaycanla Kambocanın iqtisadi baxımdan bir-birini tamamlaması aydın və perspektivlidir:

“Azərbaycan energetika, enerji təchizatı və sənaye sahələrində mühüm mərkəz kimi inkişafını davam etdirir. Kamboca isə Cənub-Şərqi Asiyada dinamik kənd təsərrüfatı istehsalçısı və istehsal sahələri üçün regional qapı rolunu oynayır. Bu baxımdan, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq imkanları heç vaxt indiki qədər geniş olmayıb.
Kambocanı Azərbaycan dövlət şirkətlərini və özəl sektor nümayəndələrini dörd əsas istiqamət - kənd təsərrüfatı, enerji infrastrukturu, müasir infrastrukturun inkişafı, xüsusi iqtisadi zonalar və qabaqcıl istehsal müəssisələri üzrə əməkdaşlıq imkanlarını araşdırmağa dəvət edirəm".