BAKI, 12 oktyabr. TELEQRAF
Azərbaycan və Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş təsdiq edilib.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.
Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş" 2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanıb.