BAKI, 30 may. TELEQRAF
"Azərbaycan vətəndaşları 85 ölkəyə vizasız səfər edə bilərlər".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
O həmçinin bildirib ki, Çinlə bu sənədin imzalanması turizm, humanitar və s. məsələlərdə inkişafa səbəb olacaq.