BAKI, 30 may. TELEQRAF
"Ali məktəblərdə gender bərabərliyi fənninin tədris edilməsini təklif edirəm".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatın müzakirəsi zamanı deyib.
O bildirib ki, psixoloqlar və hüquqşünaslar bu yöndə dərsliklər hazırlaya bilər.
Deputat həmçinin məktəblərdə kişi müəllimlərinin sayının azlığından şikayətlənib:
"Orta məktəblərdə kişi müəllimlərin sayı azdır. Bu təkcə bir nazirliyin işi deyil. Problemin qarşısını almalıyıq. Təklif edərdim ki, məktəb direktorlarının müavinləri kişilər olsun. Düzdür, bu, qanunvericilikdə əks olunmaya bilər. Bundan başqa, psixoloqlar da kişi ola bilər və onlara direktor müavini ştatı verilsin".