BAKI, 30 may. TELEQRAF
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
Teleqraf xəbər verir ki, iclas spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.
Deputatlar gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatını dinləyəcək və daha 9 məsələni müzakirə edəcəklər.