BAKI, 27 may. TELEQRAF
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının gündəliyi açıqlanıb.
Teleqraf xəbər verir ki, gündəliyə 10 məsələ daxil edilib.
Müzakirə olunacaq məsələlər aşağıdakılardır.
1. Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı.
2. “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (üçüncü oxunuş).
3. “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.
4. Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).
5. Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsi (ikinci oxunuş).
6. Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanununun layihəsi (ikinci oxunuş).
7. “Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarında dəyişiklik edilməsi barədəı qanununun layihəsi (ikinci oxunuş).
8. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsi (ikinci oxunuş).
9. “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsi (birinci oxunuş).
10. Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanununun layihəsi (birinci oxunuş).