BAKI, 27 may. TELEQRAF

"Təhsilə ayrılan xərclərin tələbələrlə bağlı hissəsi təhsil haqqları və təqaüdləri təxminən 394 milyon manata yaxındır. Düşünürəm ki, biz bura yeniliklər gətirməliyik".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bununla bağlı beynəlxalq təcrübəni misal göstərib:

"Yerli universitetlərdə oxuyan tələbələr ödənişsiz yerlərə qazandıqda ödənişi dövlət tərəfindən verilir. Onlara təqaüd ayrılır, zəif nəticə göstərdikləri təqdirdə təqaüd kəsilir. Universitetdə ödənişsiz əsasla təhsil almağa davam edirlər. Onların cəzası təqaüd olur. Ancaq düşünürəm ki, xarici ölkələrdə olduğu kimi, uğursuz nəticə göstərdikdə geri qayıdırlar, bizdə də belə olmalıdır. Eyni zamanda universitetlərimizdə xüsusi fondlar yaradılmalıdır ki, ödənişli əsaslarla təhsil alan tələbələr ora müraciət etsin, təqaüd qazana bilsinlər. Bu, univeristetlər arasında da rəqabətin artmasına kömək ola bilər".