BAKI, 25 avqust. TELEQRAF
Xalq artisti, professor Tofiq Bakıxanov ilə vida mərasimi Təzə Pir məscidində başa çatıb.
Teleqraf xəbər verir ki, vida mərasimində Mədəniyyət naziri Adil Kərimli, mədəniyyət nazirinin müavini Murad Hüseynov, ictimai-siyasi şəxslər, incəsənət və mədəniyyət nümayəndələri və mərhumun ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, T. Bakıxanov II Fəxri xiyabanda dəfn ediləcək.
***
11:08
Xalq artisti, professor Tofiq Bakıxanov ilə Təzə Pir məscidində vida mərasimi başlayıb.
Teleqraf xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, incəsənət və mədəniyyət nümayəndələri və Mədəniyyət Nazirliyinin əməkdaşları iştirak edirlər.
Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də axşam saatlarında xərçəng xəstəliyindən 96 yaşında vəfat edib.