BAKI, 23 oktyabr. TELEQRAF

Azərbaycan Ermənistan arasında keçən ilin avqustunda əldə olunan sülhü alqışlayırıq.

Teleqraf xəbər verir ki, bu barədə Hindistan xarici işlər naziri Subramanyam Caişankar azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə bu gün Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.

Nazir Azərbaycanla Ermənistan arasında ötən ilin avqustunda əldə olunmuş razılaşmadan məmnunluğunu ifadə edib.

O, bu razılaşmanın gələcəkdə uzunmüddətli sülhün əldə olunmasına töhfə verəcəyinə ümidvar olduğunu deyib.