BAKI, 23 oktyabr. TELEQRAF

“ABŞ qüvvələri artıq Bəsrə körfəzində mövcud deyil, gəmiləri Hörmüz boğazında görünmür”.

Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əli Əzmayi deyib.

O iddia edib ki, ABŞ qüvvələri Hörmüz boğazından 600-700 kilometr uzaqlaşıb: “ABŞ-nin artıq Hörmüz boğazında yeri yoxdur”.