BAKI, 23 oktyabr. TELEQRAF
Hindistan xarici işlər naziri Subramanyam Caişankarın Bakıya səfərini önəmli hesab edirik.
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hindistanlı həmkarı Subramanyam Caişankar ilə bu gün Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
“Münasibətlərin bütün istiqamətlərini müzakirə edə bilərik. Çünki bir neçə vaxtdır ikitərəfli münasibətlərə dair anlaşılmazlıqlar var idi. Bu səfər Azərbaycan-Hindistan münasibətləri üçün zəmin yaradacaq”, - o qeyd edib.