BAKI, 14 oktyabr. TELEQRAF
Xalq artisti Ofeliya Sənani xəstəxanadan evə buraxılıb.
Bu barədə Teleqraf-a Xalq artistinin özü məlumat verib.
“Ötən gün xəstəxanadan evə buraxıldım. Səhhətim normaldır. Hələ ki hərəkət edə bilmirəm”, - deyə O. Sənani əlavə edib.
Qeyd edək ki, Ofeliya Sənani Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunub.