BAKI, 23 oktyabr. TELEQRAF
2027-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 900 milyon manat vəsait köçürülməsi nəzərdə tutulur.
Teleqraf "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir ki, gələn il Neft Fondundan dövlət büdcəsinə köçürüləcək vəsaitin 935 milyon manat azaldılması planlaşdırılıb.
Qeyd edək ki, 2026-cı ilin təsdiqlənmiş büdcəsində Dövlət Neft Fondundan transfertlərin yuxarı həddi 12 milyard 835 milyon manat müəyyən edilib. 2026-cı ildə Neft Fondundan transfertlərin dövlət büdcəsinin ümumi gəlirlərində payı təxminən 33.2 faiz təşkil edir. 2027-ci ildə isə bu göstəricinin 30.3 faizə enəcəyi gözlənilir.