BAKI, 23 oktyabr. TELEQRAF

Azərbaycanda 500 hindistanlı tələbə təhsil alır.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov hindistanlı həmkarı Subramanyam Caişankar ilə bu gün Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan və Hindistan arasında təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var.

O, son illərdə 30-dan çox hind filminin Azərbaycanda çəkildiyini qeyd edərək, mədəni əlaqələrin ikitərəfli münasibətlərin möhkəmləndirilməsində əhəmiyyətini diqqətə çatdırıb.