BAKI, 23 oktyabr. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidan Fələstinin xarici işlər və xaricdəki fələstinlilərlə iş üzrə naziri Farsin Ağabekyan Şahinlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş IX İstanbul Vasitəçilik Konfransı çərçivəsində baş tutub.

Xatırladaq ki, erməniəsilli Farsin Ağabekyan 2025-ci il iyunun 23-dən Fələstinin xarici işlər və xaricdəki fələstinlilərlə iş üzrə naziri vəzifəsində çalışır.