BAKI, 23 oktyabr. TELEQRAF
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov hindistanlı həmkarı Subramanyam Caişankarı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə məlumatlandırıb. Azərbaycan tərəfinin mövqeyi Hindistana çatdırılıb.
Teleqraf xəbər verir ki, bunu Ceyhun Bayramov Bakıda Subramanyam Caişankar ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Cənubi Qafqazda baş verən proseslər, sülh gündəliyi, növbəti atılması tələb olunacaq addımlar barəsində fikir mübadiləsi apardıq”, - o qeyd edib.