BAKI, 23 oktyabr. TELEQRAF
Hindistanla Azərbaycan regional və qlobal məsələləri müzakirə edib.
Teleqraf xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subramanyam Caişankar azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə bu gün Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, tərəflər diplomatik təmaslar çərçivəsində Yaxın Şərq, Avrasiya və Avropadakı proseslər barədə fikir mübadiləsi aparıblar.
O, münaqişələrin qlobal təsirlərinin, xüsusilə maliyyə və iqtisadiyyat sahələrində yaratdığı problemlərin də müzakirə olunduğunu vurğulayıb.
S. Caişankar terrorizmlə mübarizə də daxil olmaqla, müxtəlif istiqamətlərdə ortaq maraqların olduğunu diqqətə çatdırıb.
O, ikitərəfli münasibətlərin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.